20 Aprel 2024
Sumqayıtda dövlət qurumunun adı səhv yazılıb – FOTO

Sumqayıtda dövlət qurumunun adı səhv yazılıb – FOTO

05 Noyabr 2021
Baxış: 831

Sumqayıt Şəhər İcra Hakimiyyətinin tabeçiliyində olan qurumlardan birinin girişində quraşdırılmış lövhə, necə deyərlər, göz qamaşdırır. Belə ki, onun üzərindəki yazılar orijinal üslubu ilə deyil, orfoqrafiq səhvlərilə seçilir.

AJMEDİA.İNFO xəbər verir ki, müvafiq görüntülər sosial şəbəkələrdə yayılıb. Foto Sumqayıt İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 1 saylı kommunal sahəsinin inzibati binası önündə çəkilib.

Lövhənin üzərindəki “kommunal” sözü “kammunal”, “istehsalat” sözü isə “istesalat” kimi qeyd olunub.