25 Aprel 2024
"Stambul" sözünün Türkiyə ilə heç bir əlaqəsi yoxdur" - Stambulyan

"Stambul" sözünün Türkiyə ilə heç bir əlaqəsi yoxdur" - Stambulyan

20 Yanvar 2022
Baxış: 574

“Hakim partiya heç bilmir ki, “Stambul” sözünün Türkiyə ilə heç bir əlaqəsi yoxdur”.

AJMEDİA.İNFO erməni mediasına istinadla xəbər verir ki, bunu bu gün “Ermənistan” fraksiyasından olan deputat Ripsime Stambulyan deyib.

Milli Məclisdə deputatın soyadı ilə Türkiyənin İstanbul şəhəri arasında paralellər aparan deputat Çovinar Vardanyanın çıxışına istinadən bildirib.

Qeyd edək ki, deputat başqalarına “türk agenti” kimi baxdığı halda, özünün Türkiyədə biznes şirkəti olduğu aşkarlanıb və soyadının da Stambulyan olması şübhələr yaradıb. Çovinar Vardanyan onun soyadını ələ salıb və bu da zaldakı deputatların gülüşünə səbəb olub.

“Stambul” sözünün Türkiyə ilə heç bir əlaqəsi yoxdur. “Stambul” sözü yunanca “istanbul” sözündən olub, hərfi mənada şəhərə enmək mənasını verir və bu söz bir vaxtlar Konstantinopol əhalisi tərəfindən istifadə edilib”, – Stambulyan bildirib.(Konkret.az)