25 Aprel 2024
SSRİ məkanında ilk dəfə məhz Bakıda Yəhudi Sohnut Məktəbi açılmışdır

SSRİ məkanında ilk dəfə məhz Bakıda Yəhudi Sohnut Məktəbi açılmışdır

04 May 2021
Baxış: 2083

Hələ Azərbaycan müstəqillik əldə etməzdən öncə, 1982-ci ildə bütün SSRİ məkanında ilk dəfə məhz Bakıda Yəhudi Sohnut Məktəbi açılmışdır. 1987-ci ildən etibarən isə Bakı və Sumqayıtda bir sıra mədəni və Sionist təşkilatlar fəaliyyətə başlamışdır. Bu gün ölkədə 8 sinaqoq (3-ü Bakıda, 2-si Qubada 1 Oğuzda, Sumqayıtda və Gəncədə) və 10-15 arası yəhudi təşkilatı fəaliyyət göstərir. Bunlar: 1990-cı ildə təsis olunan Azərbaycan-İsrail Mədəni Münasibətlər Təşkilatı (bugün Azİz Beynəlxalq Assosiasiyası adlanır), 1992-ci ildə təsis olunan Azərbaycan-İsrail Dostluq Təşkilatı, Avropa Yəhudilərinin Bakı Dini Kommunası, təhsil proqramları ilə məşğul olan İsrail Mərkəzi, “Yeva” Qadın və Uşaqların Rifahı Mərkəzi, Müharibə Veteranları Cəmiyyəti (Abilov, 2009), “Sohnut” Yəhudi Agentliyi, “Joint” (Birgə) və “Vaad-L-Xetzola” kimi yəhudi adət-ənənələrini qoruyan komitələr, Heesed-Kershon xeyriyyə cəmiyyəti, Alef gənclər klubları, Hillel Tələbə Təşkilatı, bir sıra qəzet və jurnallar, yəhudi məktəbləri vs. Həmçinin Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində İvrit dili tədris edilir, Azərbaycan Dillər Universitetində isə İsrailşünaslıq fakültəsi fəaliyyət göstərir. 2003-cü ildə Bakıda Cənubi Qafqazın ən böyük yəhudi tədris kompleksi olan “Habad-Or-Avner” məktəbi inşa edilmişdir. Eləcədə 2020-ci ildən fəallığı ilə seçilən "Azərbaycan Yəhudi Media Mərkəzi" informasiya sahəsində fəaliyyət göstərir.