29 Mart 2024
Sovet Ordusunun Lənkərandakı qırğını - VİDEO

Sovet Ordusunun Lənkərandakı qırğını - VİDEO

26 Yanvar 2022
Baxış: 640

1990-cı il yanvarın 20-də Bakıda dinc əhaliyə divan tutan sovet qoşun hissələri bir neçə gün sonra Lənkərana doğru istiqamət götürdü. Həmin vaxt geniş vüsət alan azadlıq hərəkatına lənkəranlılar da səs qatmışdı.

AJMEDİA.İNFO xəbər verir ki, Bunun qarşısını almaq üçün Lənkərana ordu yeridilir. Onlarla vətənpərvər lənkəranlı şəhərdə törədilə biləcək kütləvi qırğının qarşısını almaq üçün Haftoni meşələrinə çəkilir. Meşədə isə əliyalın sakinlər mühasirəyə düşür.

Bu qanlı hadisələrdə ölümün gözünə dik baxaraq silahını, yəni kamerasını yerə qoymayan Vaqif Ağayev 32 il əvvəl baş verən dəhşətli olaylardan danışıb.

O qeyd edib ki, hədə-qorxulara və ölüm təhlükəsinə baxmayaraq, tarixi kadrları çəkməyə müvəffəq olub.

Ümumilikdə isə Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə qəhrəmancasına həlak olanların 11-i lənkəranlı idi. Bu gün həmin 11 şəhidin şəhadət günü, milli azadlıq hərəkatının hünər salnaməsi kimi xatırlanır. 32 ildir yerli sakinlər Lənkərandakı Şəhidlər xiyabanını ziyarət etməklə, Vətənin azadlığı uğrunda canından keçən həmyerlilərinin xatirəsini ehtiramla yad edir.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

Teqlər: Lənkərana