26 Aprel 2024
SON DƏQİQƏ: İcra başçısı məhkəmə zalında HƏBS OLUNDU!

SON DƏQİQƏ: İcra başçısı məhkəmə zalında HƏBS OLUNDU!

30 Sentyabr 2021
Baxış: 763

AJMEDİA.İNFO xəbər verir ki, bu gün Yevlax şəhər İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədovun məhkəməsi keçirilib. Unikal.org-un əldə etdiyi məlumata görə, sabiq icra başçısı Şəki Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılıb. Məhkəmə bir müddət öncə ev dustaqlığına buraxılan Q. Səmədovun bu iltizamını ləğv edib. Onun barəsində 7 il müddətinə həbs qərarı verilib. Q. Səmədov yenidən həbsxanaya qaytarılıb. Qeyd edək ki, Q.Səmədov 2019-cu ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib. Bir müddət öncə onun barəsində olan həbs qətimkan tədbiri səhhəti ilə əlaqədar dəyişdrilib,barəsində başqa yerə getməmək barədə iltizam tədbiri seçilib.