25 Aprel 2024
SON DƏQİQƏ! - Bakıda Tibb Mərkəzində YANĞIN - XƏSTƏLƏR TƏXLİYƏ OLUNDU

SON DƏQİQƏ! - Bakıda Tibb Mərkəzində YANĞIN - XƏSTƏLƏR TƏXLİYƏ OLUNDU

02 İyul 2021
Baxış: 806

Bakı şəhərinin Xətai rayonunda yerləşən “Bərpa” Tibb Mərkəzində yanğın olub.

AJMEDİA.İNFO bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri qeyd olunan ünvana cəlb edilib.

Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın nəticəsində tibb müəssisəsinə aid ümumi sahəsi 449 kvadratmetr olan binanın yanar konstruksiyaları 14 kvadratmetr sahədə yanıb. Yanğın zamanı iki nəfər (xəstə) qatı tüstü olan ərazidən təxliyə olunub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.