25 Aprel 2024
SON DƏQİQƏ!  Azərbaycan Ordusunun zabiti özünü güllələdi - RƏSMİ

SON DƏQİQƏ! Azərbaycan Ordusunun zabiti özünü güllələdi - RƏSMİ

13 İyul 2021
Baxış: 584

Azərbaycan Ordusunun hərbi qulluqçusu, baş leytenant Əhmədov Orxan Məmmədağa oğlu ona təhkim olunmuş PM (Makarov tapançası) markalı tabel silahından istifadə etməklə iyulun 12-də intihar edib.

AJMEDİA.İNFO-ya bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, hadisə qeyri-döyüş şəraitində baş verib və ilkin ehtimala görə hərbi xidmətlə əlaqəsi yoxdur.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.