27 İyun 2022

Azerbaijan, Baku

23°C/29°CTemperatur °C
Atmosfer hadisələri

Atmosfer hadisələri

ŞOK HADİSƏ: Qadın 2 il əvvəl ölmüş ərindən HAMİLƏ QALDI

ŞOK HADİSƏ: Qadın 2 il əvvəl ölmüş ərindən HAMİLƏ QALDI

21 May 2022
Baxış: 311

Böyük Britaniyanın Liverpul şəhər sakini 33 yaşlı Loren Makqreqor 2 il əvvəl beyin şişindən dünyasını dəyişən ərindən hamilə qalıb.

AJMEDİA.İNFO lent.az-a istinadən xəbər verir ki, qadın özü bu barədə açıqlama verib.

Makqreqorun dediyinə görə, əri Krisdə 2013-cü ildə beyin şişi aşkarlanıb:

"Krisə bu diaqnoz qoyulanda mənə telefonla zəng etmək istəyib, həyəcanlı olduğundan adımı xatırlaya bilməyib. Dərhal müayinə üçün həkimə üz tutub. Həqiqətən də onun beynində şiş üzə çıxıb".

Kris əməliyyat olunub, şişin 95 faizi çıxarılıb. Lakin xəstəlik 2016-cı ildə, daha sonra isə 2019-cu ildə yenidən özünü büruzə verib. COVID-19 pandemiyası ilə bağlı həkim Krisin immun sisteminin zəifləməməsi üçün kimyaterapiyanı dayandırmağı tövsiyə edib. Şiş tədricən böyüməyə başlayıb və 2020-ci ildə Kris vəfat edib.

Loren ərinə çox sadiq qadın olub. O, Krisin bu şişdən öləcəyini yəqin etdiyindəın bir neçə il əvvəl ondan uşaq sahibi olmaq üçün spermasını həkim nəzarəti altında dondurulmuş xüsusi qabda saxlayıb. Dəfndən doqquz ay sonra o, süni mayalanma haqda qərar verir. 2021-ci ilin sentyabrında prosedur uğurlu olub və Loren körpəsini doğmaq ərəfəsindədir.

Loren gələcəkdə bu yolla bir neçə dəfə də hamilə qalacağını istisna etmir. O, əlavə etdi ki, o və əri həmişə uşağa sahiblənmək arzusunda olublar.