24 Aprel 2024
Sirrlərlə dolu 20-ci əsr tarixinin gizli həqiqəti

18 Aprel 2022
Baxış: 515

Bir çoxlarına ikinci dünya müharibəsi illərində, Nasist Almaniyası tərəfindən təqiblərə məruz qalaraq sonda vəhşicəsinə qətlə yetirilən, elmə saysız-hesabsız töhfələri ilə tanınan, görkəmli alimlərin həyatı və onların gördüyü işlər məlumdur. Son illər isə İqtisad elmləri üzrə professor və tədqiqatçı Petra Mozerin detallı araşdırmaları nəticəsində, ikinci dünya müharibəsinə böyük kəşfləri ilə damğasını vuran bəzi alimlər barəsində çox maraqlı və tükürpərdici faktlar meydana çıxmışdır. Belə ki, Almanyada yaşayan bir sıra yəhudi əslli alimlər Faşist Almaniyasının təzyiqlərindən yaxasını qurtarmaq məqsədilə, Amerikaya köç etmişdir. Və beləliklə, son zamanların ən böyük araşdırması nəticəsində, böyük bir sirrin üstü açılmışdır. Tədqiqatlar nəticəsində, məhz yəhudi əslli alman alimlərin sayəsində Amerika Birləşmiş Ştatlarının elm və texnologiya sahəsində 31% patentlərin artdığını təsbit edən dəlillər aşkar edilmişdir. Mozer və onun komandası bu artımın 1933-cü ildən başlayaraq sonrakı illərdə daha geniş sahə aldığını etiraf etmişdir. Belə ki, tarixi dəlillərə əsasən 1933-cü ildə Adolf Hitler Reyxkansler təyin edildikdən sonra, işdən çıxarılıb işgəncəyə məruz qalan yəhudi əslli alimlər, Almaniyanı tərk etməyə başlamış və başda Amerika olmaq üzərə müxtəlif ölkələrə üz tutmuşdur. Beləliklə, 1944-cü ilə qədər Amerikaya 133000-dən çox yəhudi əslli mühacirlər gəlmişdir. Onu da əlavə etmək istərdim ki, yuxarıda qeyd etdiyim illərə əsaslanıb, internet vasistəsilə həyata keçirilən kiçik bir araşdırma hesabına, Amerikaya üz tutan elm adamlarının içində Nobel mükafatı laureatı şəxslərin eyni zamanda, Albert Eynşteyn, Otto Loevi, Maks Berqman kimi görkəmli insanların olduğunu görmək mümükündür.

Bu illər ərzində, Amerikanın elm və texnologiya sahəsində olan inqilabi inkişafın araşdırılıb öyrənilməsi məqsədilə, 500 mindən çox ixtiraçıların patent arxivinə müraciət edilmişdir. Onların tədqiqat işlərinə baxılmış və müxtəlif sahələr üzrə olan patentlərin keyfiyyəti ölçülmüşdür. Nəticə etibarı ilə əldə olunan dəlillər, yəhudi əslli alimlərin qeyd edilən zaman intervalında Amerika elminə verdiyi töhfələri və böyük ölçüdə innovativ təsiri göstərmiş oldu.

Daha bir təəccüb doğuran məqam isə ondan ibarətdir ki, birlikdə əməkdaşlıq edən amerikalı və yəhudi əslli alimlərin tədqiqatları içərisində nüvə istehsalı məqsədilə yaradılan nəhəng Manhattan layihəsi kimi gizli elmi araşdırmaların olmasıdır.

Onu da xüsusilə qeyd etmək lazımdır ki, bioqrafik sənədlərin təhlili, Oksford və Kembric kimi Britaniya universitetlərinin daha tez bir zamanda yəhudi mühacirləri işə götürdüyünü göstərmişdir. Bu yüksək intellekt sahibi olan insanların içində yaş etibarı ilə daha gənc olanı Amerikaya üz tutmuşdur. Lakin, onlara məhz yəhudi irsinin daşıyıcısı olduğu üçün ən perspektivli tədqiqat işlərində işləməyə icazə verilməmişdir. Buna səbəb isə həmin illərdə Amerikada olan böyük firmalarda antisemitizmin mövcud olması idi.

Sonda bir daha vurğulamaq istərdim ki, ikinci dünya müharibəsi illərində bir sıra böyük kəşflərin banisi hesab olunan yəhudi mühacirlərin innovativ təsirini elm sahəsində, hal-hazırda və bundan sonra da izlərini görməyə davam edəcək.

Elmi araşdırmaçı

Gülüsüm Memmedova