19 Aprel 2024
Sifariş edilən mahnını oxumadığı üçün öldürülən müğənninin ölüm anı - VİDEO

Sifariş edilən mahnını oxumadığı üçün öldürülən müğənninin ölüm anı - VİDEO

13 Mart 2023
Baxış: 479

Ötən il oktyabr ayının 3-də Türkiyənin tanınmış musiqiçisi Onur Şener səhnəyə çıxdığı gecə klubunda öldürülməsi barədə xəbər vermişdik.

Türkiyə mətbuatı xəbər verir ki, məşhur müğənninin öldürülməsi ilə bağlı yeni görüntülər ortaya çıxıb.

Ankara 31-ci Ağır Cəza Məhkəməsində müttəhimlərin məhkəməsi davam edərkən, hadisənin ilk görüntüləri aylar sonra ortaya çıxıb. Əyləncə məkanının qarşısında baş verən davadan dərhal sonra mobil telefon kamerası ilə çəkilən görüntü iş materiallarına sübut kimi daxil edilib. Sevgilisi Pelin T.-nin müdaxilə edərək qanlar içində yerdə uzanan Onur Şenerə süni tənəffüs verməyə çalışdığı görülüb. Videoda Şenerin dostlarının qışqırıq səsləri də eşidilib.

Musavat.com