05 İyul 2024
Səudiyyə Ərəbistanı iranlı juralistləri ölkədən çıxardı

Səudiyyə Ərəbistanı iranlı juralistləri ölkədən çıxardı

29 May 2024
Baxış: 398

Səudiyyə Ərəbistanı İran lideri Əli Xameneiyə bağlı “Bese İran” media qrupunun 6 əməkdaşını ölkədən çıxarıb.

Ajmedia.info xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Məlumata görə, iranlı jurnalistlər mayın 21-də Mədinə şəhərində həbs edilib, bir neçə saat dindirildikdən sonra mərkəzi polis təcridxanasına köçürülüb, bu gün isə ölkədən çıxarılıblar.

Qovulan jurnalistlərin həcc ziyarəti zamanı iranlıların keçirmək istədiyi nümayişləri işıqlandırmaq məqsədi ilə Səudiyyə Ərəbistanına göndərildiyi bildirilir.

Qeyd edək ki, Əli Xamenei mayın 6-da iranlı zəvvarları həcc mərasimi zamanı siyasi fəallığa çağırıb.