20 Aprel 2024
Şərqi Yerusəlimdə Ərəblər avtobusu daşlayaraq yandırıblar
Şərqi Yerusəlimdə Ərəblər avtobusu daşlayaraq yandırıblar

Şərqi Yerusəlimdə Ərəblər avtobusu daşlayaraq yandırıblar

11 Aprel 2021
Baxış: 1541

Bir ailəni aparan avtobus Şərqi Yerisəlimin İsauye ərəb məhəlləsindən keçerkən ərəblər tərəfindən hücuma məruz qalıb. Məlumata görə sürücü yolu qısaltmaq üçün bu məhəllədən getmək istəyib. Bəzi məlumata görə sürücünün yolu azdığını bildirirlər.

Avtobusa ardıcıl daş kəsəklərin atıldığı bildirilir. Bundan sonra avtobusda olanların avtobusdan çıxaraq yaxındakı güc strukturlarının olduğu istiqamətə qaçdıqları deyilir. Sonda yerli məhəllə sakinləri avtobusa od vuraraq yandırıblar.

Səhər saatlarında polis, hücumda iştirak edən üç şübhəlinin tutulduğunu bildirib. Onlardan ikisi yetkinlik yaşına çatmayanlar.