18 Aprel 2024
Sentyabrın 6-dan Azərbaycana 10-dan artıq ölkədən uçuşlara icazə verilir

Sentyabrın 6-dan Azərbaycana 10-dan artıq ölkədən uçuşlara icazə verilir

03 Sentyabr 2021
Baxış: 3140

Baş nazir Əli Əsədov "Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərara dəyişiklik edilməsi ilə bağlı qərar imzalayıb.

AJMEDİA.İNFO xəbər verir ki, qərara əsasən, 2021-ci il 6 sentyabr tarixindən hava nəqliyyatı vasitəsilə aşağıdakı ölkələrin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına icazə verilir:

- Çin Xalq Respublikası;

- Estoniya Respublikası;

-.Finlandiya Respublikası;

- Fransa Respublikası;

- Honq-Konq (ÇXR);

- Xorvatiya Respublikası;

- İslandiya Respublikası;

- İtaliya Respublikası;

- Latviya Respublikası;

- Malayziya;

- Səudiyyə Ərəbistanı Krallığı;

- Yaponiya. (Report)