25 Aprel 2024
Sentyabrın 15-də ABŞ prezidentinin iştirakı ilə İsrail və BƏƏ arasında müqavilə imzalanacaq

Sentyabrın 15-də ABŞ prezidentinin iştirakı ilə İsrail və BƏƏ arasında müqavilə imzalanacaq

09 Sentyabr 2020
Baxış: 1438

ABŞ Prezidenti Donald Tramp sentyabrın 15-də İsrail və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) nümayəndə heyətini qəbul edəcək.

AJM TASS-a istinadən xəbər verir ki, bu barədə adının açıqlanmasını istəməyən Ağ Ev rəsmisi Reuters-ə bildirib.

Mənbənin məlumatına görə, qəbul zamanı iki ölkə arasındakı münasibətlərin tam normallaşdırılmasına dair müqavilə imzalanacaq.

Qeyd edilib ki, İsrail nümayəndə heyətinə Baş nazir Binyamin Netanyahu, BƏƏ nümayəndə heyətinə isə Xarici işlər naziri Abdullah bin Zayed Al Nahyan rəhbərlik edəcək.

Teqlər: İsrail