28 Mart 2024
Sənədsiz evlərin sahiblərinə ŞAD XƏBƏR - VİDEO

Sənədsiz evlərin sahiblərinə ŞAD XƏBƏR - VİDEO

23 Sentyabr 2021
Baxış: 618

Ölkə üzrə sənədsiz fərdi yaşayış evlərinin uçota alınması davam etdirilir. Artıq 100 minlərlə mənzilin inventarlaşdırılması yekunlaşıb.

AJMEDİA.İNFO Xezerxeber.az-a istinadən xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi Elşad Məmmədov deyib.

O bildirib ki, inventarlaşdırma işləri başa çatdıqdan sonra aidiyyəti qurumlar tərəfindən nəticələrin təhlili aparılacaq. Bu sahə üzrə qanunvericilikdə dəyişiklərlə bağlı aidiyyəti qurumlara təqdim olunması üçün təkliflər hazırlanacaq.

Elşad Məmmədov vurğulayıb ki, sənədiz evlərin inventarlaşdırması ilə yanaşı, planlama işləri də həyata keçirilir. Xidmət nümayəndəsi ötən il evlərin uçota alınmasında yaranan ləngiməni pandemiya ilə əlaqələndirib.

Xidmət rəsmisinin sözlərinə görə, sənədsiz evlər yerində uçota alınır. Bu səbəbdən də vətəndaşların hər hansı idarəyə getməsi tövsiyə olunmur.

E.Məmmədov əlavə edib ki, əvvəlki illərdə tikilmiş bəzi çoxmənzilli binalar üzrə 100 minə yaxın mənzilin dövlət qeydiyyatına alınması təmin edilib. Sənədsiz fərdi yaşayış evlərinin uçota alınması prosesinn yaxın zamanlarda yekunlaşdırılması nəzərdə tutulur.