25 Aprel 2024
Şəhid məzarı başında İsraili lənətləyən qadın görün kim imiş - ŞOK FAKT

Şəhid məzarı başında İsraili lənətləyən qadın görün kim imiş - ŞOK FAKT

07 Oktyabr 2021
Baxış: 1528

Şəhid məzarı başında İsraili lənətləyən qadın görün kim imiş - ŞOK FAKT

Son vaxtlar sosial şəbəkələrdə zərərli dini təbliğat aparan, dini motivli çağırışlar edən, təxribat xarakterli davranışlara səsləyən müxtəlif videolar yayımlanır.

Bu tipli video yayanlardan biri də özünü Südabə kimi təqdim edən qadındır. Bir neçə gün əvvəl şəhid məzarında dini təbliğat aparan qadının da onların tərəfdarı olduğu bildirilib.

Dövlət Təhlükəsizliyi Xidməti də məsələyə dərhal reaksiya verərək, təxribatçı çağırışlarla bağlı xəbərdarlıq edib:

“Bir sıra hallarda bəzi şəxslərin Vətən müharibəsi şəhidlərinin anım mərasimlərindən məqsədyönlü şəkildə, radikal dini-ideoloji ayrı-seçkilik təbliğatı niyyəti ilə istifadə etməklə müxtəlif dövlətlərə qarşı dini, irqi zəmində düşmənçilik çağırışları edib tədbirlərin keçirildiyi yerlərdən videoçəkilişlər apararaq yaymaları, cəmiyyətin və dövlətin mənafelərinə ziyan vuran hərəkətlərə yol vermələri təsbit olunub.

Sözügedən qadın son günlər videoların birini “xəbərdarlıq” başlığı ilə yayımlayıb və görüntülərdə İranı təbliğ edib, xalqı parçalamağa xidmət edən fikirlər səsləndirib.

Qafqazinfo.az saytı həmin qadının kim olması barədə məlumat yayıb. O, özünü şiə şeyxi kimi təqdim edən Töfid İsmayılbəylinin anasıdır. (AzerForum)