29 Mart 2024
Şəhid Malik Əliyev məzarı başında anıldı - FOTO

Şəhid Malik Əliyev məzarı başında anıldı - FOTO

13 Oktyabr 2021
Baxış: 632

Oktyrabrın 13-də II Fəxri Xiyabanda Xətai rayonundan olan Vətən Müharibəsi şəhidi Əliyev Malik Təvəkkül oğlunun məzarı ziyarət edilib.

AJMEDİA.İNFO xəbər verir ki,şəhidimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhuna dualar oxunub, məzarı üzərinə əklil və tər güllər düzülüb.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasimdə şəhidimizin keçdiyi döyüş yolundan danışılıb, göstərdiyi şücaət və qəhrəmanlıqlardan söz açılıb.

Bildirilib ki, şəhidimiz xalqımızın qəlbində və yaddaşında əbədi yaşayacaq. Şəhidlərimizin fədakarlığını, onun Vətənə bağlılığını dövlətimiz, Ali Baş Komandan cənab İlham Əliyev, bütün xalqımız hər zaman yüksək qiymətləndiriblər.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.