18 Aprel 2024
Şəhid jurnalistin oğlundan ürək dağlayan AÇIQLAMA: “Atamı gözləyirəm, gəlsin...” - FOTO

04 İyun 2021
Baxış: 560

Şəhid jurnalist Məhərrəm İbrahimovun 2-ci sinifdə oxuyan oğlu Uğur İbrahimli atası haqda ilk dəfə olaraq danışıb.

AJMEDİA.info zəbər verir ki, balaca Uğur demokrat.az-a atası üçün darıxdığını bildirib:

“Atamı gözləyirəm, o evə gəlsin. Atamı çox istəyirəm”.

Qeyd edək ki, bu gün səhər saatlarında Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində hərəkət olan yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsi tank əleyhinə minaya düşüb. Nəticədə Azərbaycan Televiziyasının (AzTV) operatoru Sirac Abışov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri Məhərrəm İbrahimov şəhid olub. Peşə fəaliyyətlərini yerinə yetirən zaman şəhid olan həmkarlarımızın adları Azərbaycanın şanlı Qarabağ Zəfərinin qəhrəmanları arasında yazılıb.