28 Mart 2024
Sanksiyaya baxmayaraq, bu Avropa ölkələri Rusiyaya SİLAH VERİB – GİZLİNLƏR ÜZƏ ÇIXDI + SİYAHI

Sanksiyaya baxmayaraq, bu Avropa ölkələri Rusiyaya SİLAH VERİB – GİZLİNLƏR ÜZƏ ÇIXDI + SİYAHI

25 Aprel 2022
Baxış: 509

2014-cü ildə Krımın işğalından sonra Rusiyaya silah satışına embarqo qoyan Avropa Birliyinin qadağasına baxmayaraq Moskvaya yüz milyonlarla avro dəyərində silah satdığı iddia edilib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə İngiltərənin “The Telegraph” qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, Avropa ölkələri Rusiyaya qarşı silah embarqosunu pozub, Moskvaya əsasən Almaniya və Fransadan yüz milyonlarla avro dəyərində silah göndərilib.

2014-cü ildə Rusiyanın Krımı ilhaq etməsindən sonra AB Moskvaya silah embarqosu tətbiq etmək qərarına gəlib və üzv ölkələrin Rusiyaya silah satışını qadağan edib. Qadağanın 2014-cü ildən əvvəl imzalanmış satış müqavilələrini əhatə etmədiyi və bu boşluqdan istifadə edən AB üzvlərinin Moskvaya yüz milyonlarla dollar dəyərində silah satdığı bildirilib.

AB-yə üzv 10 ölkədən Moskvaya satılan silahların ümumi dəyərinin 350 milyon avroya çatdığı deyilib. Satışların 78 faizi Almaniya və Fransa şirkətləri tərəfindən həyata keçirilib.

Fransanın Rusiyaya 152 milyon avro dəyərində silah yardımı etdiyi də deyilib.

2015-2020-ci illər arasında Fransa və Almaniyanın, həmçinin İtaliya, Avstriya, Bolqarıstan, Çexiya və Böyük Britaniyanın Rusiyaya silah tədarükü etdiyi söylənilib.

Bombalar və raketlərin də daxil olduğu bu silahların Ukraynanın işğalında istifadə edildiyi güman edilir.

AB-nin təbii qaz ödənişləri üçün Rusiyaya hər gün 1 milyard avro ödədiyi məlumdur.(teleqraf.com)