24 Aprel 2024
Salyanda iki qadın dəm qazından zəhərləniblər

Salyanda iki qadın dəm qazından zəhərləniblər

26 Yanvar 2022
Baxış: 792

Salyan sakinləri dəm qazından zəhərlənib.

AJMEDİA.İNFO xəbər verir ki, hadisə rayonun “MTS” adlanan yaşayış massivində qeydə alınıb.

Belə ki, həmin massivdə yaşayan, 1952-ci il təvəllüdlü Qasımova Sevil Əliağa qızı və 1968-ci il təvəllüdlü Sadıqova Sevinc Əlihüseyn qızı evdə dəm qazından zəhərlənib.

Hər iki qadın Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: Salyan