26 Aprel 2024
Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

17 May 2021
Baxış: 504

Milli Hidrometeorologiya Xidməti Azərbaycanda hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

AJMEDİA.info xəbər verir ki, Bakıda və Abşeron yarımadasında mayın 18-də gündüz şimal-qərb küləyinin əsəcəyi, 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycanın şimal və qərb rayonlarında mayın 18-i gündüz əsasən şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi gözlənilir.

Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək.