28 Mart 2024
Ruslar erməniləri Kəlbəcərə gətirdi - RƏSMİ

Ruslar erməniləri Kəlbəcərə gətirdi - RƏSMİ

12 İyul 2021
Baxış: 540

Qarabağdakı Rusiya sülhməramlı kontingentin hərbçiləri “erməni zəvvarları” Amaras (Xocavənd) və Gəncəsər monastırlarına (Kəlbəcər) müşayiət ediblər.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.

“Sülhməramlılar bu gün Amaras monastırına gələn zəvvarları müşayiət və təhlükəsizliyini təmin etdilər.

Ümumilikdə, 50-dən çox adam müşayiət olunub”, – sülhməramlı kontingent zabiti Mark Yegorçik deyib.

Sülhməramlılar 30 nəfər üçün avtobus ayırıb, qalanları isə Rusiya sülhməramlılarının müşayiəti ilə şəxsi nəqliyyat vasitəsi ilə monastırlara gəliblər.

İkinci marşrutda Xankəndindən Gəncəsər monastırına 40-dan çox “dindar” müşayiət olunub.