29 Mart 2024
Rusiyanın ən varlı biznesmeni Abramoviç Londondakı 200 milyonluq malikanəsini satır - FOTO

Rusiyanın ən varlı biznesmeni Abramoviç Londondakı 200 milyonluq malikanəsini satır - FOTO

02 Mart 2022
Baxış: 578

Rusiyanın ən varlı biznesmenlərindən biri Roman Abramoviç Londonda bahalı mülkünü təcili satışa çıxarıb.

AJMEDİA.İNFO Times-a istinadən xəbər verir ki, bunu Böyük Britaniyadan olan deputat Kris Brayant deyib.

Brayant qeyd edib ki, Abramoviç Rusiyaya qarşı sanksiyalardan dəhşətə gəlib.

O, hökumətə müraciət edərək Abramoviçin öz aktivlərini satana və vəsaitləri ölkədən çıxarmasına qədər oliqarxa qarşı sanksiya tətbiq edilməsinə çağırıb.

“Abramoviç sabah Londondakı malikanəsini, mənzilini satmaq istəyir”, - deyə deputat qeyd edib.

Xatırladaq ki, rusiyalı oliqarxın adı nə Avropa İttifaqının, nə də Böyük Britaniyanın sanksiya siyahıya salınmayıb. Lakin bu, tezliklə dəyişə bilər.

Onun Londondakı malikanəsinin dəyəri 200 milyon dollardır.

Abramoviç Londondakı 200 milyonluq malikanəsini satır