24 Aprel 2024
Rusiyadan Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə bağlı VACİB AÇIQLAMA

Rusiyadan Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə bağlı VACİB AÇIQLAMA

17 May 2021
Baxış: 740

“Rusiya Bakı və İrəvanla daim təmasdadır. Azərbaycan-Ermənistan sərhədindəki gərginliyi aradan qaldırmaq üçün səylər göstərilir və Prezident Putin üçtərəfli razılaşmaların həyata keçirilməsinə alternativlərin olmamasının tərəfdarıdır”.

AJMEDİA.info xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Bilirsiniz ki, Rusiya və Ermənistan tərəfləri davamlı təmasdadır, Bakı ilə daim əlaqə saxlayırıq. Prezident üçtərəfli razılaşmaların alternativsiz həyata keçirilməsinin qəti tərəfdarıdır. İndi gərginliyi azaltmaq və vəziyyəti düzəltmək üçün güclü səylər göstərilir”,- deyə Peskov qeyd edib.