29 Mart 2024
Rusiya Yəhudi Gənclər İctimai Təşkilatı Quba rayonuna səfər etdi - FOTOLAR

Rusiya Yəhudi Gənclər İctimai Təşkilatı Quba rayonuna səfər etdi - FOTOLAR

16 Avqust 2021
Baxış: 3517

Azərbaycan Gənc Diplomatlar Birliyi (AGDB) və İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyanın ("Azİz") dəstəyi ilə "ALEF" Rusiya Yəhudi Gənclər İctimai Təşkilatının Azərbaycandakı nümayəndəsi olaraq Quba rayonuna ilk rəsmi səfərini edib.

AJMEDİA.İNFO xəbər verir ki, Baş katibin müşaviri - Abuzər Salamo, AGDB-nın İsraildəki nümayəndəsi - Rafael Nəbizadə, AGDB-nın İsraildəki nümayəndəsinin müşaviri - Əvəz Məmmədov və politoloq, siyasi elmlər namizədi - İlyas Hüseynov un daxil olduğu nümayəndə heyətinəAzərbaycan Gənc Diplomatlar Birliyinin baş katibi - Əlibəşir Əliyev başçılıq edib.

Rəsmi səfərin əvvəlində nümayəndə heyəti Quba rayonunun Heydər Əliyev Mərkəzində olub. Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin milli və dini mənsubiyyətindən asılı olmayaraq vətəndaşlar arasında dostluq münasibətlərinin və Quba rayonunun inkişafına əvəzsiz töhfə verdiyi vurğulanıb.

Nümayəndələr həmçinin Şəhidlər Xiyabanını ziyarət edərək ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini ehtiramla yad ediblər.


Nümayəndə heyəti Qırmızı qəsəbədə olub və Pesax Davidoviç İsakovla görüşüb. Ağsaqqallar və ravvinlərlə birlikdə Dağ Yəhudiləri Muzeyini, Qırmızı Qəsəbənin Məlumat Mərkəzini, Sinaqoqu və Yəhudi Dini Kollecini ziyarət ediblər. Gənclər nümayəndələri ilə görüş keçirərək kəndin infrastrukturu ilə tanış olublar.

No description available.

No description available.

No description available.No description available.No description available.No description available.No description available.No description available.No description available.