26 Aprel 2024
Rusiya Ukraynadakı müharibədə nələr itirib? - DƏHŞƏTLİ SİYAHI

Rusiya Ukraynadakı müharibədə nələr itirib? - DƏHŞƏTLİ SİYAHI

23 İyun 2022
Baxış: 412

Ukrayna Müdafiə Nazirliyi davam edən müharibədə Rusiya tərəfinin itkilərinin yenilənmiş siyahısını təqdim edib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, fevralın 24-dən etibarən Rusiya tərəfi təxminən 34 430-a yaxın canlı qüvvəsini itirib.

Bundan başqa, Rusiya tərəfinin 1 504 ədəd tankı, 3 632 ədəd zirehli döyüş maşını, 756 ədəd artilleriya sistemi, 240 ədəd reaktiv yaylım atəş sistemi, 99 hava hücumundan müdafiə sistemi, 216 ədəd hərbi təyyarəsi, 183 ədəd helikopteri, 2 548 ədəd nəqliyyat vasitəsi və avtoçən, 14 ədəd gəmi-kateri, 620 ədəd dronu, 137 qanadlı raket və 60 ədəd xüsusi texnikası məhv edilib.