19 Aprel 2024
Rusiya ŞOKDA: Putinin "sağ əli" sui-qəsdə UĞRADI

Rusiya ŞOKDA: Putinin "sağ əli" sui-qəsdə UĞRADI

20 İyul 2022
Baxış: 425

Rusiya Prezidenti Vladimir Putinin “sağ əli” adlandırılan Nikolay Patruşev sui-qəsdə məruz qalıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Böyük Britaniyanın nüfuzlu “General SVR” teleqram kanalı Kremldəki mənbəyə istinadən məlumat verib. Bildirilir ki, kənd təsərrüfatı naziri Patruşev xəstəxanaya yerləşdirilib. Həkimlər vəziyyəti ağır olan Patruşevin həyatını xilas edə bilib. İddialara görə, 71 yaşlı nazir sintetik zəhərlə hədəfə alınıb. Hadisənin kim və ya kimlər tərəfindən təşkil edildiyi məlum deyil. Mənbə hadisənin yaxın günlərdə olduğunu yazıb.

Qeyd edək ki, Nikolay Patruşev Putinin ən çox etibar etdiyi şəxslər arasında göstərilir.