29 Mart 2024
Rusiya MN Ukraynanın itkilərini AÇIQLADI

Rusiya MN Ukraynanın itkilərini AÇIQLADI

21 May 2022
Baxış: 492

Rusiya ötən sutka ərzində Ukraynanın iki Su-25 təyyarəsini vurub.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, ötən sutka ərzində Rusiya hava hücumundan müdafiə qüvvələri Xerson vilayətində Ukraynaya məxsus bir Su-25 hücum təyyarəsini, 14 pilotsuz uçuş aparatını və səkkiz “Smerç” yaylım atəşi sisteminin mərmisini vurub.

Konaşenkov Donetskin Belitskoye yaşayış məntəqəsi ərazisi yaxınlığında hava döyüşü zamanı Rusiya qırıcı təyyarələrinin Ukraynaya məxsus daha bir Su-25-i vurduğunu söyləyib.

“Yüksək dəqiqlikli, uzun mənzilli, dəniz bazalı “Kalibr” raketləri ilə Jitomir vilayətindəki Malin dəmir yolu stansiyasının ərazisində Ukrayna Silahlı Qüvvələri üçün ABŞ və Avropa ölkələrindən gətirilən silah və hərbi texnikanın böyük partiyası məhv edilib. Bundan əlavə, yüksək dəqiqlikli havadan buraxılan raketlər Odessa Liman Zavodunda yanacaq anbarlarını məhv edib”, - Rusiya MN sözçüsü qeyd edib.