16 Aprel 2024
Rusiya MN-in hesabatında postumuza qumbara atan erməni terrorçunun təxribatına YER VERİLMƏDİ

Rusiya MN-in hesabatında postumuza qumbara atan erməni terrorçunun təxribatına YER VERİLMƏDİ

16 Noyabr 2021
Baxış: 505

Rusiya Müdafiə Nazirliyi Qarabağdakı Rusiya sülhməramlı kontingentinin noyabrın 13-dəki fəaliyyəti ilə bağlı hesabatı açıqlayıb.

AJMEDİA.İNFO xəbər verir ki, hesabatda minatəmizləmə əməliyyatlarından bəhs edilsə də, həmin gün Şuşada təxribat törətmiş 1975-ci il təvəllüdlü terrorçu Norayr Mirzoyanın Ermənistana təhvil verilməsi ilə bağlı heç bir məlumat qeyd edilməyib.

Qeyd edək ki, Mirzoyanın təxribatı nəticəsində üç azərbaycanlı hərbçi yaralanıb. Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin Şuşa şəhəri yaxınlığında erməni terrorçunun Azərbaycan və Rusiya sülhməramlılarının olduğu posta qumbara atması ilə bağlı birgə açıqlamasında Mirzoyana qarşı bir neçə maddələr üzrə cinayət işi açıldığı qeyd edilmişdi.(Qafqazinfo)