29 Mart 2024
Rusiya əraziləri genişləndirdi: Azərbaycana qarşı daha bir TƏXRİBAT - FOTOFAKT

Rusiya əraziləri genişləndirdi: Azərbaycana qarşı daha bir TƏXRİBAT - FOTOFAKT

17 Sentyabr 2021
Baxış: 897

Rusiya Müdafiə Nazirliyi Qarabağda sülhməramlıların nəzarətindəki ərazilərin genişləndiyini əks etdirən xəritə paylaşıb: xəritədə görünür ki, bir neçə istiqamətində “irəliləmələr” var;

Rusiyanın xəritə təxribatları əvvəl də olub və bunun da növbəti olduğu istisna deyil. Müharibədən sonra peyda olan və bir neçə dəfə Bakının tələbi ilə düzəldilən belə xəritələrin hədəfi Azərbaycan cəmiyyətində ictimai rəyin yönləndirilməsidir. Bakı və Ankaranın son addımları fonunda indi də təsadüfi deyil.

Amma və lakin Azərbaycan əsgərinin işğaldan azad etdiyi ərazilərdə dayandığı hansısa mövqedən geri çəkildiyi, yaxud çəkiləcəyi inandırıcı deyil.

Xəritənin dəyişməsi heç də bölgədəki mövqelərin dəyişməsi demək deyil.

Asif Nərimanlı,

siyasi şərhçi

AJMEDİA.İNFO