24 Aprel 2024
Rumıniyada koronavirusa görə 300 min nəfər işsiz qalıb

Rumıniyada koronavirusa görə 300 min nəfər işsiz qalıb

06 May 2020
Baxış: 402

Rumıniyada koronavirus səbəbindən ölkədə elan olunan fövqəladə vəziyyət nəticəsində 300 mindən çox insan işsiz qalıb. AJM Rumıniyanın Əmək və Sosial Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, işsizlərin çoxu topdan və pərakəndə satış, avtomobil təmiri mərkəzləri, inşaatda işləyirdilər. Eyni zamanda ölkədə turizm, xidmət, iaşə obyektlərinin işçilərinə də böyük zərər dəyib. Rumıniya hökuməti vəziyyətdən çıxış yolu kimi müxtəlif dəstək proqramları həyata keçirir.