20 Aprel 2024
Roma Papasından oğlu subay analara tövsiyə: “Köynəyini ütüləməyin”

Roma Papasından oğlu subay analara tövsiyə: “Köynəyini ütüləməyin”

28 İyun 2022
Baxış: 442

Katoliklərin ruhani lideri Papa Fransisk qəribə tövsiyələri ilə gündəm olub.

AJMEDİA.İNFO bildirir ki, Roma Papası 10-cu Ümumdünya Ailə Yığıncağında övladlarını evləndirmək istəyən analarla bağlı danışıb. O, 30 yaşlarında subay oğulları olan valideynlərin onun yanına gəldiyini və uşaqları ilə söhbət etməsini istədiklərini deyib:

“Ailə qurmağa cəsarəti çatmayan gənc oğlanlar görürük. Analar mənə “bir şey et” deyirlər. Mən də onlara deyirəm ki, oğlunuzun köynəyini ütüləməyin, icazə verin, yuvadan çıxsınlar”.

Papanın bu çıxışı sosial mediada müzakirə obyektinə çevrilib. Əksəriyyət isə onun fikirlərini dəstəkləyib.(sfera.az)