16 Aprel 2024
Rəfael Cəbrayılova külli miqdarda borc verən BDU-nun müəllimi vəfat etdi - FOTO

Rəfael Cəbrayılova külli miqdarda borc verən BDU-nun müəllimi vəfat etdi - FOTO

01 Sentyabr 2021
Baxış: 590

BDU-nun baş müəllimi vəfat edib.

Bu barədə Bakı Dövlət Universitetinin “Facebook” səhifəsində məlumat yayılıb.

Bildirilib ki, universitetin İngilis dili (humanitar fakültələr üzrə) kafedrasının baş müəllimi Xatirə Nəcəfova dünyasını dəyişib.

Qeyd edək ki, 50 yaşlı X.Nəcəfova sabiq deputat Rafael Cəbrayılovu məhkəməyə verməsi ilə yadda qalıb.

Belə ki, sabiq deputat müəllimdən külli miqdarda borc alaraq qaytarmamışdı.

Məsələnin ictimailəşməsindən sonra isə o, mandatından imtina etməli olmuşdu. (Oxu.az)