18 Aprel 2024
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə başsağlığı verdi

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə başsağlığı verdi

30 Noyabr 2021
Baxış: 853

Noyabrın 30-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

AJMEDİA.İNFO xəbər verir ki, Türkiyə Prezidenti helikopter qəzası nəticəsində hərbi qulluqçuların həlak olması ilə bağlı dövlətimizin başçısına başsağlığı verib, həlak olanların ailə üzvlərinə səbr diləyib və yaralıların tezliklə sağalmasını arzulayıb.

Azərbaycan Prezidenti başsağlığına görə Türkiyə Prezidentinə minnətdarlığını bildirib.