24 Aprel 2024
Ramiz Mehdiyev cərimələndi! - QAZ BORCUNA GÖRƏ

Ramiz Mehdiyev cərimələndi! - QAZ BORCUNA GÖRƏ

31 Avqust 2021
Baxış: 686

Prezident Administrasiyasının sabiq rəhbəri, Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyev “Azəriqaz” İstehsalat Birliyinin (İB) əməkdaşları tərəfindən cərimələnib.

AJMEDİA.İNFO Hurriyyet.az-a istinadən xəbər verir ki, Ramiz Mehdiyev Novxanıda yerləşən villasının qaz borcunu illərdir ödəməyib.

Bu müddət ərzində “Azəriqaz” əməkdaşları mavi yanacağa görə borcun miqdarını hesablaya bilməyiblər. Çünki sayğaç içəridə quraşdırılıb və onların villaya daxil olmasına icazə verilməyib.

Məlumata görə, bu günlərdə “Azəriqaz” rəhbərliyinin göstərişi ilə R.Mehdiyevin villasına daxil olan əməkdaşlar PA-nın sabiq rəhbərinin 16 min manat həcmində cərimələyiblər.