20 Oktyabr 2021

Azerbaijan, Baku

13°C/19°CTemperatur °C
Atmosfer hadisələri

Atmosfer hadisələri

Qubada torpaq sürüşməsi baş verib, 10 ailə evlərindən köçürüldü

Qubada torpaq sürüşməsi baş verib, 10 ailə evlərindən köçürüldü

13 Oktyabr 2021
Baxış: 249

Qubanın Qrız Dəhnə kəndi ərazisində torpaq sürüşməsi qeydə alınıb.

AJMEDİA.İNFO xəbər verir ki,50 hektar ərazini əhatə edən sürüşmə zonası dağlıq ərazidə baş verib. Sürüşmə zonasının əhatəsi genişlənir və kəndə doğru yaxınlaşır.

Quba rayon icra hakimiyyətindən verilən məlumata görə, hadisə yerinə Quba rayon icra hakimiyyəti başçısı Ziyəddin Əliyev və Fövqəladə Hallar Nazirliyi əməkdaşları baxış keçirib. Sürüşmənin aktivliyi nəzərə alınaraq 10 ailə evlərindən köçürülüb.

Ərazidə müvafiq qurumların əməkdaşları tərəfindən növbətçilik təşkil olunub. Sürüşmənin aktivliyi nəzərə alınaraq müvafiq qərar qəbul olunacaq.