19 Aprel 2024
Qubada Böyük Vətən müharibəsi iştirakçılarına yubiley medalları təqdim olunub

Qubada Böyük Vətən müharibəsi iştirakçılarına yubiley medalları təqdim olunub

06 May 2020
Baxış: 649

İkinci Dünya müharibəsində iştirak edən 9 min 800 qubalıdan 6 min 600 nəfəri həlak olub. Hazırda Quba rayonunda həyatda olan 3 nəfər Böyük Vətən müharibəsi iştirakçısından biri qadındır.

AJM xəbər verir ki, faşizm üzərində Qələbənin 75 illiyi münasibətilə mayın 6-da müharibə veteranları - Quba şəhər sakini Tahirov Tahir Hacıbala oğlu, Digah kənd sakini Rüstəmova Lidiya Antonovna və Xanəgah kənd sakini Kazımov Yunus Məmmədağa oğlu evlərində ziyarət olunub.

Rayonun rəhbər şəxslərinin iştirak etdiyi görüşlərdə münaribə veteranlarına yubiley medalları və qiymətli hədiyyələr təqdim edilib.

Bildirilib ki, İkinci Dünya müharibəsi illərində Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə böyük qəhrəmanlıq və igidlik nümunələri göstərib. Bakı nefti faşizm üzərində Qələbə qazanılmasında mühüm rol oynayıb.

Müharibə veteranları döyüş yolu xatirələrini bölüşüb, xalqımıza sülh və əmin-amanlıq arzulayıblar.

Teqlər: Quba