22 May 2022

Azerbaijan, Baku

14°C/21°CTemperatur °C
Atmosfer hadisələri

Atmosfer hadisələri

QHT rəhbərləri Ukraynaya dəstək oldu

QHT rəhbərləri Ukraynaya dəstək oldu

QHT rəhbərləri Ukraynaya dəstək oldu

QHT rəhbərləri Ukraynaya dəstək oldu

26 Mart 2022
Baxış: 183

26 mart 2022-ci il tarixində Britaniyanın Azərbaycandakı səfirliyi “Torpaq əlimdə, bahar ürəyimdə” yarmarkasında, Ukraynaya dəstək məqsədi ilə şirniyyat satışı aksiyası təşkil etmişdir. Aksiyada şirniyyat alan insanların məqsədi Ukrayna xalqına yaqrdım etmək olub.

Gün ərzində dəstək aksiyasına qoşulanlar arasında Qan Donorları Assosiasiyasının sədri Fuad Əsgərov, Gəncliyin Elmi-Mədəni İnkişafı Təşkilatının sədri Sərdar Yusif oğlu və gənc reper Taleh İbadov da olub. Xeyriyyə tədbirinə qatılan Britaniyanın ölkəmizdəki Fövqəladə və Səlahiyyətli səfiri Ceyms Şarpın və Azərbaycana Birgə Yardım Təşkilatının rəhbəri xanım Qven Börçılla ilə görüşən QHT rəhbərləri bu nəcib addım üçün onlara təşəkkür edərək dünyanı sülhə səslədiklərini və uşaq ölümünə qarşı mübarizədə onlarla birgə könüllü olduqlarını qeyd ediblər.

Dünyamızın onsuz da Pandemiya və viruslardan əziyyət çəkdiyi bir dövrdə, çağdaş və modern dünyaya zidd olan müharibələr qəbul olunmazdır. Bu haqqsız savaşın bir an öncə bitməsini və bütün dünyada ədalətin bərqərar olmasını arzu ediblər. Eyni zamanda aldıqları şirniyatlarla Ukraynada müharibədən əziyyət çəkən uşaqlara dəstək olmağa çalışdıqlarını bildiriblər


Qeyd edim ki, yığılan maliyyə Ukraynada zərərçəkənlərə və Azərbaycana Birgə Yardım Təşkilatına (UAFA) yatırılacaq.

Gəncliyin Elmi-Mədəni İnkişafı Təşkilatının sədri

Sərdar Yusifoğlu