25 Aprel 2024
Qəzzadan İsrailə edilən raket hücumləri ilə bağlı ABŞ-dan VACİB AÇIQLAMA

Qəzzadan İsrailə edilən raket hücumləri ilə bağlı ABŞ-dan VACİB AÇIQLAMA

11 May 2021
Baxış: 969

“Qəzzadan İsrail ərazilərinə raket zərbələrinin endirilməsi qəbuledilməzdir”.

AJMEDİA.info xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Con Kirbi deyib.

“Bu gün Qəzzadan İsrailə edilən raket hücumları qəbuledilməzdir. İsrail özünü müdafiə etmək hüququna malikdir. İsraillə onun özünümüdafiə və qoruma məsələlərində əməkdaşlıq etməyə hazırıq”, - Kirbi bildirib./teleqraf/