16 Aprel 2024
"Qəzza zolağında 132 bina dağıdılıb" - BMT

"Qəzza zolağında 132 bina dağıdılıb" - BMT

18 May 2021
Baxış: 1786

"İsrailin raket hücumları nəticəsində Qəzza zolağında ən azı 132 bina dağıdılıb, onlarla məktəb və xəstəxanaya ziyan dəyib"

AJMEDİA.info xəbər verir ki, bu barədə BMT-nin humanitar məsələlərin koordinasiya ofisinin yayımladığı hesabatda deyilir.

Qeyd olunub ki, 621 mənzil və kommersiya obyektləri daxil olmaqla 132 bina tamamilə dağılıb, 316 ev ciddi ziyan görüb və yaşayış üçün uyğun deyil. Daha 6500 mənzilə isə nisbətən az zərər dəyib.