29 Mart 2024
Qətiyyətli addım: Avstriya antisemitizm və BDS qadağan edir

Qətiyyətli addım: Avstriya antisemitizm və BDS qadağan edir

28 Fevral 2020
Baxış: 451

İsrailin xarici işlər naziri İsrail Katz Avstriya parlamentinin antisemitizmə qarşı mübarizə qərarını alqışlayıb.

ajmedia.indo mignews.com-a istinadən xəbər verir ki, Fevralın 27-də, dövlətin ali qanunverici orqanı bu fenomenin bütün formalarını, o cümlədən İsrailə nifrətini, həmçinin Boykot, İzolyasiya və Sanksiyalar (BDS) hərəkatını pisləyən qətnaməni yekdilliklə dəstəklədikdən sonra müvafiq bəyanat verib.

"Bu, Avropanın digər ölkələrinə və bütün dünyaya nümunə ola biləcək qətiyyətli bir addımdır. Digər dövlətləri və rəsmi qurumları Avstriyadan nümunə götürməyə və oxşar qərarlar qəbul etməyə çağırıram" deyə o bildirib.

Onun sözlərinə görə, İsrail Xarici İşlər Nazirliyi bu mübarizəni prioritet sahələrdən biri hesab edir, bununla əlaqədar Xarici İşlər Nazirliyi antisemitizm təzahürlərinə qarşı birgə müxalifəti gücləndirmək üçün dünyanın bir çox ölkəsi ilə əməkdaşlıq edir.

Qeyd etmək lazımdır ki, qətnamənin müəllifi Avstriya kansleri Sebastian Kurz olub. Onun sözlərinə görə, bu sənəd İsrailin hərəkətlərini sərt tənqid etməyi qadağan etmir, lakin dövlətin mövcud olmaq hüququna şübhə etməyə imkan vermir.

Ayrıca, millət vəkilləri antisemitizmlə mübarizə üçün hərtərəfli strategiya hazırlamaq niyyətindədirlər.