28 Mart 2024
Qərbin Rusiyaya qarşı barışmaz mövqeyinin arxasında gizlənən trilyonlar - Çexiyalı politoloqdan ŞOK AÇIQLAMA

Qərbin Rusiyaya qarşı barışmaz mövqeyinin arxasında gizlənən trilyonlar - Çexiyalı politoloqdan ŞOK AÇIQLAMA

03 Mart 2022
Baxış: 576

Nə yazsam da yenə də mənə rusiyapərəst deyəcəklər. Səbəb sadədir: Patronlar həqiqəti və daha çox pul ödədikləri mediada onların xoşlamadığı şeyləri oxumağı sevmirlər.

Ukraynadakı indiki vəziyyət 1999-cu ili xatırladır. O zaman ABŞ-ın Yuqoslaviyaya müdaxilədə yardımçı müttəfiqlərinin, əsasən də NATO üzvlərin kifayət qədər xarici borcu var idi. Bu borcu ödəmək üçün ABŞ onlara şans tanıdı. Bu isə ondan ibarət idi ki, ən çox alacağı ölkə Avropanın (əslində isə ABŞ-ın) tapdağı altında qalmalı idi.

Beləcə, Avropa ölkələri Yuqoslaviya məsələsində ABŞ-ın yanında dayandılar. Və mükafat olaraq neftə görə ən çox borcları olduğu Liviyanın sonunu gətirdilər. Halbuki 15-20 il qabaq Liviya dünyanın ən sürətlə çiçəklənən dövlətlərindən biri idi. Demokratiya adı ilə Liviyaya girən ABŞ və onun Avropadakı tərəfdaşları bu zəngin və çiçəklənən ölkəni xarabazara çevirdilər. Və Avropa dövlətlərinin və ABŞ-ın Liviyaya olan milyardlarla dollar borcu batdı. Bu gün Liviyada nisbi sakitlikdir. Lakin bu Afrika ölkəsində heç kim ABŞ-dan və Avropadan milyardlarını tələb edə bilmir. Birqütblü dünyanın qısa müddət ərzində ABŞ-ın icazə verdiyi beynəlxalq hüququn kobud şəkildə pozulmasının qurbanı olmuş İraq, Suriya və digər dövlətlər də Liviya kimi ABŞ-dan və Avropa dövlətlərindən alacaqları olan milyardların güdazına getdilər.

Mən beynəlxalq hüququn pozulmasına haqq qazandırmaq fikrindən uzağam. Lakin Rusiyanı beynəlxalq hüququ pozmaqda ittiham etmək cəhdlərini yalnız ABŞ, NATO və Avropa Birliyinin yuxarıda qeyd etdiyim addımları ilə izah etmək olar. Vaxtilə Ukraynadakı “Sağ sektor”un faşist birləşmələrinin hərəkətlərini pisləyənlər indi də solçu rusların işğalçılıq siyasətini lənətləyirlər. Bu ikiüzlülük və alçaqlıq, hətta mən deyərdim ki, birbaşa başqalarının mənafeyinə xidmətdir. Gəlin bir qədər ədalətli olaq. Bu ikili standartların kimə sərfəli olduğunu açıq deyək. Əlbəttə ki, bu ikili yanaşmadan ən çox əziyyət çəkən ölkələrdən biri də Çexiyadır. Doğrudur, Çexiya kimlərinsə koloniyası deyil. Və başqalarından oğurluq edərək yaşamır. Amma Rusiyaya tətbiq edilən sanksiyalardan ən böyük ziyan çəkən ölkələrdən biri də Çexiyadır.

Məsələn mən sanksiyalara görə çexlərin qazı 5 dəfə, nefti isə 3 dəfə baha almasında yaxşı bir şey görmürəm. Əgər Almaniyadan fərqli olaraq bizdə minimum əməkhaqqı artmırsa, onda əhali qalxan qiymət fərqi üçün pulu haradan ala bilər?

Mən iqtisadçı deyiləm. Buna baxmayaraq, heç vaxt mən Co Bayden kimi cəfəngiyyatla çıxış etməzdim.

O deyir: “Biz Rusiyanın dünya iqtisadiyyatının bir hissəsi olmasına mane olacağıq”. Bu sözlər Çin iqtisadiyyatına borcu olan bir dövlət başçısından gəlir. Çünki bir çoxları ABŞ-ın Çinə olan trilyonlarla borcunun nə vaxtsa ödəyəcəyinə inanmır.

Deməli, oyun Rusiya üzərində qurulsa da, hədəf Çindir. Çünki Rusiya Çinin ən yaxın tərəfdaşıdır.

Voytex Filip, “Halo Noviny”nəşri, Çexiya.

Tərcümə: KONKRET.az

AJMEDİA.İNFO