18 Aprel 2024
“Qərb rahat yata bilər…” – Lukaşenkodan təəccübləndirici AÇIQLAMA

“Qərb rahat yata bilər…” – Lukaşenkodan təəccübləndirici AÇIQLAMA

05 May 2022
Baxış: 1601

Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyanın Ukraynadakı hərbi əməliyyatının bu qədər uzun sürəcəyini gözləmədiyini bəyan edərək, müharibəni dayandırmaq üçün “hər şeyi” etdiyini iddia edib.

AJMEDİA.İNFO xəbər verir ki, Rusiyanın Ukraynaya müdaxiləsini dəstəklədiyini təkrarlayan Lukaşenko “The Associated Press”ə açıqlama verib.

Belarus hərbi hakimiyyətinin planlaşdırdığı və Ukrayna tərəfindən narahatlıqla qarşılanan hərbi təlimlərlə bağlı sualı Lukaşenko belə cavablandırıb:

“Əməliyyatın rusların dediyi kimi, yoxsa mənim hiss etdiyim plana uyğun davam edəcəyini bilmirəm. Amma hiss edirəm ki, bu əməliyyat uzanır. Biz heç kəsi təhdid etmirik və heç kimi təhdid etməyəcəyik. Kimin bizə qarşı olduğunu bilirik. Qərbdə hansısa müharibənin aparılması qətiyyən Belarus dövlətinin marağında deyil. Qərb rahat yata bilər”, – deyə prezident bildirib.

Belarus lideri ölkəsinin sülh tərəfdarı olduğunu bəyan edərək, Ukraynanın Rusiyanı təxribata çəkdiyini iddia edib.

Lukaşenko ölkəsinin töhfəsi ilə danışıqlara başlanıldığını, lakin Ukraynanın hazırda bu danışıqlarda maraqlı olmadığını iddia edib.