20 Aprel 2024
Qəhvə uzunömürlülük içkisi ola bilər

Qəhvə uzunömürlülük içkisi ola bilər

02 May 2021
Baxış: 1185

Məlumata görə, mütəxəssislər qəhvənin insan orqanizminə təsiri ilə bağlı maraqlı araşdırma ediblər. Məlum olub ki, kofe və limonun tərkibində ikiqat antioksidantlar var.

Qəhvənin tərkibindəki flavonoid və sitrus meyvəsinin tərkibindəki C vitamini azad radikallarla ikiqat artıq mübarizə aparır. Antioksidantlar orqanizmdəki proseslərin tənzimlənməsinə yardım edir. Bu da immunitetin zəifləməsinin, vaxtsız qocalmanın və bəzi xroniki xəstəliklərin qarşısını alır.

Limon şirəsində və qəhvə dənəvərlərində dəmir, sink və B vitamini də boldur. Bunlar da orqanizmdə immunoqlabinlərin istehsalını sürətləndirir, yuxululuq hissindən azad edir, konsentrasiya və yaddaşı gücləndirir.


Mənbə: Cəbhə.info

Teqlər: Qəhvə