19 Aprel 2024
Qazaxıstandan Rusiyaya AĞIR ZƏRBƏ: "Krım və Donbası tanımırıq" - ƏTRAFLI

Qazaxıstandan Rusiyaya AĞIR ZƏRBƏ: "Krım və Donbası tanımırıq" - ƏTRAFLI

02 Aprel 2022
Baxış: 1919

Qazaxıstan Rusiyaya sanksiyalardan yayınmaqda kömək etməkdən, Krımı və Donbası tanımaqdan imtina edib.

AJMEDİA.İNFO konkret.az-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Prezident Administrasiyası rəhbərinin müavini Timur Süleymenov deyib. O bildirib ki, ölkə Ukraynanın ərazi bütövlüyünə hörmət edir və “nə Krımla, nə də Donbasla bağlı hazırki situasiyanı tanımır”.

Siyasətçi həmçinin əlavə edib ki, hakimiyyət Aİ və ABŞ sanksiyalarının Qazaxıstana tətbiq olunmasını istəməz.

“Rusiya bizim onların tərəfində olmağımızı istəyirdi. Amma Qazaxıstan Ukraynanın ərazi bütövlüyünə hörmət edir. Biz nə Krımla bağlı, nə də Donbasla bağlı vəziyyəti tanımamışıq və tanımırıq. Biz sanksiyalara əməl edəcəyik. Bizdə heç bir problem yoxdur, hər şeyi öz adı ilə çağıracağıq. Rusiya “müharibə” sözünü qadağan edən qanunun tətbiqinə qərar verib. Onlar bunu xüsusi hərbi əməliyyat adlandırırlar. Amma təəssüf ki, Qazaxıstanda bunu necə var elə adlandırırıq”, – deyə Qazaxıstan rəsmisi vurğulayıb.