25 Aprel 2024
Qazaxıstan hökuməti yanacağın qiymətini təsdiq etdi

Qazaxıstan hökuməti yanacağın qiymətini təsdiq etdi

06 Yanvar 2022
Baxış: 1431

Qazaxıstan hökuməti 180 gün ərzində benzin və dizel yanacağının qiymətlərinin dövlət tənzimlənməsini tətbiq edib.

AJMEDİA.İNFO xəbər verir ki,Bu barədə respublikanın Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Eyni zamanda, yanacaqdoldurma məntəqələrində mayeləşdirilmiş neft qazının pərakəndə satışı üçün 180 gün müddətinə maksimum qiymətlər müəyyən edilib.

Etirazların başladığı Manqistau vilayətində yanacağın bir litri 50 təngəyə (0,11 dollar), Almatıda 65 təngəyə (0,15 dollar), paytaxt Nur-Sultanda 70 təngəyə (0,16 dollar) satılacaq.

Mayeləşdirilmiş neft qazının elektron ticarət platforması vasitəsilə satışına tam keçid bir il müddətinə təxirə salınıb.

Teqlər: Qazaxıstan