18 Aprel 2024
Qayda pozan "AA seriyalı" “Maybach”ın sahibinin HAMİSİ KİMDİR? - FOTOLAR

Qayda pozan "AA seriyalı" “Maybach”ın sahibinin HAMİSİ KİMDİR? - FOTOLAR

22 Noyabr 2021
Baxış: 798

Ötən gün Bakı Nəqliyyat Agentliyi (BNA) avtobus zolaqlarının tələbini pozan sürücülərin görüntülərini yayıb. “MillətinSəsi.info” xəbər verir ki, bunlardan biri sosial şəbəkələrdə xüsusilə müzakirələrə səbəb olub.

Söhbət 90-AA-013 dövlət nömrə nişanlı “Mercedes-Maybach” markalı lüks avtomobildən gedir.

Bəs qayda pozduğuna görə ictimai müzakirələrə səbəb olan 90 AA 013 nömrəli “Maybach” kimindir?

AJMEDİA.İNFO xəbər verir ki, jurnalist Samir Feyruzov bununla bağlı maraqlı məlumat paylaşıb.

“Bir neçə gündür ki, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq sərnişin avtobuslarının hərəkətinə maneçilik törədən “AA” seriyalı maşın müzakirələrə səbəb olub. Söhbət avtobus zolaqlarının tələblərini pozan 90-AA-013 dövlət nömrə nişanlı “Mercedes-Maybach” markalı lüks avtomobildən gedir.

Bu haqda saytlarda da məlumat dərc olunub. Ancaq məsələnin kökünü araşdırmaq lazım idi. Bəs tez-tez yol hərəkəti qaydalarını pozan bu bahalı avtomobil kimindir?

Qısa araşdırma apardım. Bəlli oldu ki, 90 AA 013 dövlət nömrə nişanlı avtomobil “Bakı Klinikası”nın sahibi Aytən Quliyevaya məxsusdur. Klinikanın əsl sahibi isə AMEA-nın prezidenti Ramiz Mehdiyevdir.

Onu da qeyd edim ki, Azərbaycanın “Diamed-Co” adlı ilk şpris zavodu da A.Quliyevaya məxsusdur”.