20 Aprel 2024
Qaxda bir ailənin 2 üzvü göbələkdən zəhərlənib, ölən var

Qaxda bir ailənin 2 üzvü göbələkdən zəhərlənib, ölən var

19 Oktyabr 2021
Baxış: 451

Qax rayonunda zəhərlənmə hadisəsi baç verib.

AJMEDİA.İNFO xəbər verir ki, hadisə Tasmalı kəndində qeydə alınıb.

Kənd sakinləri - 47 yaşlı Mübariz Qasımov, onun övladı, 12 yaşlı Murad Qasımlı və qohumu, 9 yaşlı İbrahimxəlil Qasımzadə göbələkdən zəhərləniblər. Onlar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Xəstələrin vəziyyətləri ağır olduğundan onlar Bakı şəhərindəki xəstəxanalardan birinə göndəriliblər.

Məlumata görə, 12 yaşlı M.Qasımlı xəstəxanada dünyasını dəyişib.