28 Mart 2024
“Qarabağ”ın Çempionlar Liqasında rəqibi bəlli olub

“Qarabağ”ın Çempionlar Liqasında rəqibi bəlli olub

09 Avqust 2020
Baxış: 1301

Azərbaycan çempionu “Qarabağ”ın avrokubokların 2020/21 mövsümündəki ilk rəqibi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi Çempionlar Liqasının I təsnifat mərhələsində “Sileks” (Şimali Makedoniya) ilə üz-üzə gələcək.

Bu, İsveçrənin Nyon şəhərində keçirilən püşkatmada bəlli olub. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda bir matçdan ibarət mərhələnin oyununu evdə keçirəcək. I təsnifat mərhələsinin qarşılaşmaları avqustun 18-19-da baş tutacaq.

Qeyd edək ki, “Qarabağ”ın II təsnifat mərhələsindəki mümkün rəqibi, həmçinin Avropa Liqasında çıxış edən Azərbaycan klubları “Neftçi”, “Keşlə” və “Sumqayıt”ın qarşılaşacağı komandalar avqustun 10-da keçiriləcək püşkatmalarda bəlli olacaq.

Teqlər: Qarabağ