29 Mart 2024
Qarabağda fəaliyyət göstərmək üçün müraciət edən 30 ÖLKƏ - İSRAİL DƏ VAR

Qarabağda fəaliyyət göstərmək üçün müraciət edən 30 ÖLKƏ - İSRAİL DƏ VAR

21 Oktyabr 2021
Baxış: 427

“Bu günə qədər işğaldan azad edilmiş ərazilərdə biznes qurmaq istəyən sahibkarlardan İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) 800-dən artıq müraciət daxil olub”.

AJMEDİA.İNFO xəbər verir ki, bunu Agentliyin İdarə Heyəti sədrinin müavini Rüfət Atakişiyev bildirib.

Onun sözlərinə görə, bu müraciətlərin təxminən 30%-i xarici investorların payına düşür: "Onların müraciətlərinin bir qismi investisiya layihələrinin, digər qismi isə iş və xidmətlərin, yəni əsasən podrat əsaslı layihələrin həyata keçirilməsi ilə bağlı olub. Bu müraciətlər 30 ölkədən 236 layihəni əhatə edib. Həmin ölkələr arasında Türkiyə, Rusiya, İsrail və Qazaxıstandan olan müraciətlər üstünlük təşkil edir. Müraciət edən iş adamlarının gözləntiləri var. Bu gözləntilər sırasında müvafiq torpaq sahələrinin yaxud obyektlərin ayrılmasına dəstək, fəaliyyətə başlamaq üçün sənədləşdirmə işləri və təşkilati dəstək, yerində monitorinq və ərazini qiymətləndirmək üçün səfər planlanmasına dəstək, güzəşt və imtiyazların tətbiq olunqcağı xüsusi zonaların yaradılmasına dəstək, dövlət tenderlərində iştirak, əməkdaşlıq əlaqələrinin qurulmasına və digər xidmətlərin əlaqələndirilməsinə dəstək göstərməkdir. Eyni zamanda, müraciət edən sahibkarlar dövlət-özəl sektor tərəfdaşlığının qurulmasına da maraq göstərirlər".